Çap

«Data Plus» abunəçilərinin nəzərinə!

12.06.2020

“Hörmətli abunəçi! “Data Plus” MMC sizinlə internet xidmətinin göstərilməsi haqqında bağlanmış müqavilə üzrə göstərdiyi xidmətləri təkmilləşdirmək, gələcəkdə geniş çeşidli və daha keyfiyyətli xidmətlər təqdim etmək üçün telekommunikasiya xidmətləri sahəsində daha yeni nəsil şəbəkəyə və texniki infrastruktura, marketinq təcrübəsinə malik olan “CityNet” ticarət nişanı ilə tanınan “Uninet” MMC ilə birgə əməkdaşlığa qərar vermişdir. Göstərilənlərə əsasən 23.06.2020-ci il tarixindən etibarən sizinlə “Data Plus” MMC arasındakı münasibətlər adları çəkilən hər iki şirkətin rəsmi internet səhifələrində (www.dataplus.az, www.citynet.az və www.uninet.az) yerləşdirilmiş “İnternet xidməti göstərilməsi haqqında abunə müqaviləsi”nin şərtlərinə uyğun tənzimlənəcəkdir. Bu dəyişiklik tarif paketlərinə və xidmətin göstərilməsi qaydalarına təsir etməyəcək və hazırkı bildirişin tarixindən sonra 10 (on) təqvim günü müddətində etirazınız daxil olmadığı təqdirdə tərəfimizdən göstərilən internet xidməti eyni şərtlərlə və qiymətlərlə təqdim ediləcəkdir. Xidmətin dəyərinin ödənilməsi zamanı “Data Plus” və ya “Uninet” loqosunu seçməyinizi xahiş edirik.